Ötən ay azadlığa çıxan şəxs satıcını soydu

saytların hazırlanması

Evə çatdırılma

Ötən ay azadlığa çıxan şəxs satıcını soydu

Kriminal

17 İyun 2020 11:30 706


Bakı Şəhər Baş Polis İdarəsinin və Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Pirşağı qəsəbəsində yerləşən marketlərdən birində satıcıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb. 

Yenisabah.az bildirir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş İsmayıl Mirzəyev tutulub. Araşdırma zamanı onun həmin marketdəki kassadan 400 manata yaxın pulu açıq talama yolu ilə ələ keçirdiyi məlum olub.  pizza sifarişi

Qeyd edək ki, İsmayıl Mirzəyev cəzaçəkmə müəssisəsindən ötən ay azadlığa buraxılıb. 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!