Ötən ay nikaha daxil olmaq istəyənlərdən 12-də QİÇS aşkarlanıb   12-də QİÇS aşkarlanıb

saytların hazırlanması

Evə çatdırılma

Ötən ay nikaha daxil olmaq istəyənlərdən 12-də QİÇS aşkarlanıb 12-də QİÇS aşkarlanıb

Sosial

04 İyul 2019 13:08 1086


“Bu ilin iyun ayı ərzində nikaha daxil olmaq üçün 13 063 nəfər müayinədən keçib”.

“Yeni Sabah” xəbər verir ki, bunu “Report”a Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.

Onun sözlərinə görə, onlardan 213 nəfərdə talassemiya daşıyıcılığı, 12 nəfərdə sifilis, 12 şəxsdə isə QİÇS aşkarlanıb: "Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 2 olub".

Z.Əlimirəzyeva deyib ki, 2015-ci ildən indiyədək 568 163 nəfərdə qan müayinəsi aparılıb: “19 848 cütlükdən birində talassemiya daşıyıcılığı, 212 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 1801 nəfərdə sifilis, 512 nəfərdə HİV(QİÇS) qeydə alınıb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!