Ötən ay uşaqlara ən çox qoyulan adlar açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Ötən ay uşaqlara ən çox qoyulan adlar açıqlandı

Hadisə

03 Fevral 2021 16:24 659


Bu ilin yanvar ayında uşaqlara ən çox qoyulan adlar məlum olub.

Yenisabah.az-ın əldə etdiyi məlumata görə, ötən ay uşaqlara qoyulan adlar arasında ilk onluq müəyyənləşib.

Belə ki, cari ilin yanvar ayında doğumu qeydə alınmış körpələrdən oğlan cinsindən olanlardan 42 uşağa Əli, 39 uşağa Murad, 38 uşağa Uğur, 35 uşağa Yusif, 35 uşağa Hüseyn, 31 uşağa Məhəmməd, 24 uşağa Ömər, 22 uşağa Tuncay, 21 uşağa Adəm və 18 uşağa isə Ayxan adı qoyulub. pizza mizza

Həmçinin yanvar ayında doğumu qeydə alınmış körpələrdən qız cinsi olanlardan 42 uşağa Zəhra, 41 uşağa Aylin, 37 uşağa Nilay, 36 uşağa Zeynəb, 32 uşağa Məryəm, 26 uşağa Nuray, 26 uşağa Fatimə, 25 uşağa Mələk, 25 uşağa Mədinə və 22 uşağa isə İnci adı verilib. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!