Ötən ayın ən yaxşı futbol klubları açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Ötən ayın ən yaxşı futbol klubları açıqlandı

İdman

09 İyul 2024 00:24 757


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) iyun ayı üçün dünyanın ən yaxşı klublarının reytinqini açıqlayıb.

"Sudamerikana"da iki, Braziliya A Seriyasında üç qələbə və iki heç-heçə ilə "İnternasional" reytinqdə birinci olub.

2024-cü ilin iyununda ən çox xal toplayan ikinci komanda UEFA Çempionlar Liqasının qalibi "Real Madrid"dir. Dördpendirli pizza

İlk üçlüyü daha iki Braziliya klubu "Qremio" və "Flamenqo" tamamlayır.

Sonrakı yerləri də bu ölkənin "Flamenqo", "Palmeyras" və "Botafoqo" komandaları tutur.

Qeyd edək ki, 2024-cü il ərzində "Yuventus", "Feyenoord", "Milan", "Mançester Siti", "Atalanta" kimi klublar ayın ən yaxşıları olublar./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!