Ötən gecə iki PUA Moldovanın hava sərhədini pozdu

saytların hazırlanması

Evə çatdırılma

Ötən gecə iki PUA Moldovanın hava sərhədini pozdu

Dünya

29 Noyabr 2025 15:22 816


Ötən gecə iki naməlum pilotsuz uçuş aparatı (PUA) Moldovanın hava sərhədlərini pozub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Moldovanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

  Toyuqlu pizza

Məlumatda bildirilir ki, PUA-lar uçuş təhlükəsizliyinə birbaşa təhdid yaratması səbəbindən fövqəladə tədbir olaraq ölkənin hava məkanı təxminən bir saatdan çox müddətə müvəqqəti bağlanıb. Bu səbəbdən Kişinyovda enməli olan iki sərnişin təyyarəsi Rumıniyanın Bakeu hava limanına yönəldilib.

Məlumata görə, operativ məlumatlar hər iki pilotsuz aparatın milli hava məkanını tərk edərək Ukrayna ərazisinə daxil olduğunu təsdiqləyiblər./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!