Ötən həftə azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Ötən həftə azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı

Hadisə

05 Fevral 2024 18:55 669


Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə ANAMA-dan bildirilib.

Qeyd edilib ki, azad olunan ərazilərdə 29 yanvar - 4 fevral tarixi ərzində 16 tank əleyhinə mina, 78 piyada əleyhinə mina, 150 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Dominos pizza

Həmçinin, 336.5 hektar ərazi minalardan təmizlənib.

Xatırladaq ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!