Ötən il 40 uşaq himayədar ailə yanına yerləşdirilib - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Ötən il 40 uşaq himayədar ailə yanına yerləşdirilib - Rəsmi

Sosial

13 Mart 2026 12:42 261


2025-ci il ərzində 40 uşaq himayədar ailə yanına yerləşdirilib.

"Yeni Sabah" xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

“Hesabat ilində 296 (2022-ci 1 noyabr tarixindən ümumilikdə 855 uşaq) uşaq müəssisəyə yerləşdirilmiş, 324 uşaq müəssisəni tərk etmiş (2022-ci il 1 noyabr tarixindən ümumilikdə 828 uşaq), 275 uşağın (2022-ci il 1 noyabr tarixindən ümumilikdə 822 uşaq) isə müəssisəyə düşməsinin qarşısı alınaraq ailə himayəsində qalması məqsədəuyğun hesab edilib”, - hesabatda qeyd edilib. pizza sifarişi

Reinteqrasiya tədbirləri nəticəsində 176 uşaq (2020-ci ildən ümumilikdə 840 uşaq) ailələrinə qaytarılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!