Ötən il Azərbaycanda ən yüksək orta nikah yaşı qeydə alınıb

saytların hazırlanması

Evə çatdırılma

Ötən il Azərbaycanda ən yüksək orta nikah yaşı qeydə alınıb

Hadisə

22 Oktyabr 2020 09:36 1136


Azərbaycanda nikaha daxil olanların orta yaşı son 29 ildə ən yüksək göstəriciyə çatıb.

Yenisabah.az-ın məlmatına görə, ötən il həm qadınlar, həm də kişilər arasında ən yüksək orta nikah yaşı qeydə alınıb.

Bundan əvvəl 1990-cı ildə qadınlar arasında nikaha daxil olanların orta yaşı yuxarı olsa da, o da ötən ilki səviyyədən yüksək olmayıb. Belə ki, ölkədə qadınlar arasında nikaha daxil olanların orta yaşı 1990, 2004, 2005 və 2011-ci illərdə yüksək (23,7 yaş) olub. 2019-cu ildə isə Azərbaycanda nikaha daxil olan qadınların orta yaşı 24,7-yə çatıb. Toyuqlu pizza

Kişilər arasında isə nikaha daxil olanların orta yaşı ötən il 2018-ci ildəki yüksək göstəricisindən sonra ən yuxarı həddə çatıb. 2018-ci ildə ölkədə kişilər arasında nikaha daxil olanların orta yaşı 29 olduğu halda, 2019-cu ildə bu yaş göstəricisi 29,4 olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!