Ötən il DGK-nin xətti ilə büdcəyə 4 milyard 342 milyon manat vəsait köçürülüb

saytların hazırlanması

Evə çatdırılma

Ötən il DGK-nin xətti ilə büdcəyə 4 milyard 342 milyon manat vəsait köçürülüb

İqtisadiyyat

24 Yanvar 2022 12:54 731


"2021-ci ildə DGK-nin xətti ilə dövlət büdcəsinə proqnozlaşdırılan 3 milyard 900 milyon manata qarşı 4 milyard 342 milyon manat vəsait büdcəyə köçürülməklə proqnoza 111.4% faizə əməl edilib".

Yenisabah.az xəbər verir ki, bunu "Gömrük sistemində islahatlar, nəticələr, perspektivlər” mövzusunda keçirilən tədbirdə Gömrük ödənişlərindən azadolmalara nəzarət şöbəsinin rəisi Faiq Orucov bildirib:

"Bu da nəzərdə tutulan proqnozdan 442 milyon manat artıq deməkdir. Ayrı-ayrı gömrük ödənişlərinə baxsaq, ƏDV üzrə 107%, gömrük rüsumları üzrə 126.9%, aksizlər üzrə 96% yol vergisi üzrə 109.1% proqnoz yerinə yetirilib. Yalnız aksiz vergisində azalma müşahidə pizza

edilmişdir ki, bu azalma tütün məhsulları üçün proqnozlaşdırlan aksiz vergisinin həcmində qeydə alınmışdır.Belə ki tütün məhsulları üzrə proqnozlaşdırlan həcmdə idxal əməliyyatı qeydə alınmamışdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!