Ötən sutka dünyada koronavirusa yoluxanların sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Ötən sutka dünyada koronavirusa yoluxanların sayı açıqlandı

Dünya

11 Mart 2021 09:30 560


Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 433 mindən çox artıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 433 992 nəfər yeni koronavirusa yoluxub, 7 413 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 117 332 262, ölənlərin isə 2 605 356 nəfərə çatıb. Toyuqlu pizza

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 28 825 174 nəfər. Siyahıda daha sonra Hindistan (11 262 707), Braziliya (11 051 665), Rusiya (4 351 553), Böyük Britaniya (4 229 002), Fransa (3 864 335), İspaniya (3 164 983), İtaliya (3 101 093), Türkiyə (2 807 387), Almaniya (2 518 591), Kolumbiya (2 278 861) və Argentina (2 162 001) gəlir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!