“Otuzdan çox toyun behini almışam“   - Afət Fərmanqızı

saytların hazırlanması

Evə çatdırılma

“Otuzdan çox toyun behini almışam“ - Afət Fərmanqızı

Şou

23 İyun 2021 14:07 2071


Bir iyul tarixindən etibarən müəyyən şərtlərlə toyların keçirilməsinə icazə veriləcək. Həmçinin dəvətli sayına da bir sıra məhdudiyyətlər qoyulub. 

Yenisabah.az xəbər verir ki,, mövzuyla bağlı sherg.az-a danışan müğənni Afət Fərmanqızı toy sahiblərindən zənglərin gəldiyini söyləyib:

“Pandemiyadan əvvəl 30-dan çox toyun behini almışam. İndi fikirləşirəm ki, necə olacaq. Çünki vaxt azdır. Qarşıdan “Məhərrəm” ayı gəlir. Hamısı da altıncı və bazar günündə toyun olmasını istəyir. pizza

Bu gün 9 toy yazmışam. Razılaşırıq, kartın nömrəsini göndərirəm behi köçürdürlər. Həm sevinirik. Bir tərəfdən də insanlara səslənirəm, vaksinasiyaya “hə” deyək. Ona görə ki toyda problem yaranmasın. Nəticədə koronavirusdan azad olaq. Məsələn, hazırda Rusiyada vəziyyət pisdir.

 Biz qaydalara qarşı aqressiv idik. Deyirdik, toylara niyə icazə verilmir. Bəlkə də, ən az itki bizdə oldu. O da Prezidentimizin uğurlu siyasətinin nəticəsində durumumuz daha yaxşıdır. Başqa ölkələrdə belə deyil. Xəstəlik tüğyan edir. Hindistan ştammı yayılır. Rusiyadan camaat qaçıb gəlir. Onların içərisində müğənnilər də var.

Xəstəlik mənbəyidir. Xəstəliyi gətirəcəklər, ölkəmizi nə günə qoyacaqlar? Onları da qınamıram. Nə etsinlər ? Çörək pulu üçün getmişdilər. Lakin peyvənd olunsunlar. Mənim immunitet sertifikatım var. Müddəti bitəndən sonra peyvənd olunacam. Hər şey qaydasındadır”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!