Ov mövsümünün başa çatacağı tarix açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Ov mövsümünün başa çatacağı tarix açıqlandı

Hadisə

22 Fevral 2021 14:37 603


Azərbaycanda 2020-2021-ci illər üzrə ov mövsümü fevralın 28-də başa çatacaq.

Bunu Yenisabah.az-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

O qeyd edib ki, artıq fevralın 28-dən ov icazələrinin verilməsi dayandırılacaq. Həmin tarixdən etibarən vətəndaşların, ovçuların ov etməsi qadağandır: Marqarita pizza

“Ov mövsümünün bağlanması heyvanların və quşların bioloji xüsusiyyətləri ilə bağlıdır. Bu müddətdə növlərin çoxalma dövrü başladığından onların populyasiyasına və təbii artımına zərər verilməməsi üçün ov qadağan olunur".

F.Əliyev ov ilə məşğul olan şəxsləri qadağan olunan vaxtlarda ov qaydalarına əməl etməyə çağırıb.

“Növbəti ov mövsümünün iyunun əvvəlində başlanılması gözlənilir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!