Ov mövsümünün başa çatacağı vaxt açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Ov mövsümünün başa çatacağı vaxt açıqlandı

Hadisə

16 Fevral 2021 17:29 615


Azərbaycanda fevralın 28-də ov mövsümü başa çatacaq.

Yenisabah.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekspert saatı” verilişində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, pandemiya və Vətən müharibəsi səbəbindən ov mövsümü bir neçə dəfə dayandırılmışdı. Karantin qaydalarının yumşaldılması, ovla bağlı edilən müraciətlər əsasında yanvarın ortalarından ov mövsümü yenidən açılmışdı: “Lakin iki həftədən sonra ov mövsümü bitəcək. Ov mövsümü ilə bağlı yekun rəqəmlər mövsüm bağlandıqdan sonra veriləcək”. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!