Ovannisiyan: Nəticələr hələ ki yoxdur

saytların hazırlanması

Evə çatdırılma

Ovannisiyan: Nəticələr hələ ki yoxdur

Dünya

05 Noyabr 2024 11:51 511


Sənəd yekunlaşmadığından təfərrüatları açıqlaya bilmərik, amma əsas ideya “Sülh kəsişməsi” layihəsinə uyğun yolların açılmasıdır.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.

O, Ararat Mirzoyanın Azərbaycan tərəfinə nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasına dair təkliflərin, o cümlədən sadələşdirilmiş prosedurlara dair danışıb: pizza mizza

“Bu məsələdə qeyri-adi elementlər yoxdur və söhbət kommunikasiyaların açılmasından gedirdi. Əsas odur ki, təhlükəsizlik baxımından və ya başqa formada üçüncü tərəfin nəzarəti istisna olunsun, Ermənistanın suverenliyi və bu marşrutlara total nəzarət qorunub saxlanılsın”.

Ovannisyan əlavə edib: “Son vaxtlar Azərbaycan rəsmiləri ilə çox intensiv görüşlər oldu, amma hələ ki, nəticələr barədə danışa bilmərəm". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!