Ovçular saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Ovçular saxlanıldı

Rəsmi

25 Oktyabr 2021 09:05 931


Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ov və mülki silahın daşınması qaydalarının pozulmasının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı Aşağı Tala kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Yeni Sabah”a verilən məlumata görə,  həmin şəxslərin rayonun Faldarlı kənd sakinləri Səbuhi Səmədov və Canqa Süleymanov olduqları müəyyən edilib. Onlardan qanunsuz olaraq ovladıqları dovşan və ov tüfəngləri götürülüb.

Hər iki şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!