Overçuk: Aİİ bazarı Ermənistanın üznüə bağlanacaq

saytların hazırlanması

Evə çatdırılma

Overçuk: Aİİ bazarı Ermənistanın üznüə bağlanacaq

Dünya

29 Yanvar 2025 16:10 143


Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olması Avrasiya İqtisadi İttifaqı bazarını onun üçün bağlayacaq.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Oleksey Overçuk bildirib.

Onun sözlərinə görə, bunu İrəvanda da bilirlər. Dördpendirli pizza

"Guya hansısa həll yolunun tapılacağını iddia edənlər, yumşaq desək, erməni xalqını çaşdırır. Burada həll yolu çox açıqdır: Avropa İttifaqı ilə bazarların açılması Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə bazarların bağlanması demək olacaq. Aydındır ki, Aİ ilə idxal gömrük tariflərinin sıfırlanması avtomatik olaraq gömrük və Aİİ ilə gömrük tarifinə qayıdış demək olacaq. Burada heç kimin illüziyası olmamalıdır", - deyə Overçuk vurğulayıb.

O əlavə edib ki, Ermənistan Aİİ-də fəal rol oynayır və özünü konstruktiv aparır və Avrasiya Hökumətlərarası Şurasının Almatıda keçiriləcək iclasında bu məsələyə baxılmayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!