Overçuk: Ermənistana dəmir yolunun açılması Qafqazda sülhə töhfədir

saytların hazırlanması

Evə çatdırılma

Overçuk: Ermənistana dəmir yolunun açılması Qafqazda sülhə töhfədir

Dünya

06 Noyabr 2025 11:57 339


Rusiya ilə Ermənistan arasında Azərbaycan və Gürcüstan ərazisindən keçən dəmir yolu xəttinin açılması Cənubi Qafqazda sülhün bərqərar olmasına nəzərəçarpacaq töhfə verib.

"Yeni Sabah" TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

O qeyd edib ki, Ermənistan müstəqillik əldə etdikdən sonra ilk dəfədir ki, iki ölkə arasında birbaşa dəmir yolu əlaqəsi yaradılır. Toyuqlu pizza

Overçukun sözlərinə görə, bu hadisə “Cənubi Qafqazda sülhə real, maddi töhfə” olmaqla yanaşı, Rusiyanın regional sabitlik və regiondakı bütün dövlətlərin iqtisadi inkişafı üçün gördüyü işin sübutu olub.

Rusiya rəsmisi vurğulayıb ki, yeni marşrut Rusiyanın region ölkələri ilə nəqliyyat əlaqələrini gücləndirir, Avrasiya İqtisadi İttifaqının digər üzv ölkələrinin malları üçün Ermənistan bazarlarına çıxışı artırır və erməni istehsalçılarının ittifaq bazarlarına çıxışını yaxşılaşdırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!