Övlad dünyaya gətirmək üçün girdiyi xəstəxanadan ikisinin də meyiti çıxdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Övlad dünyaya gətirmək üçün girdiyi xəstəxanadan ikisinin də meyiti çıxdı - Video

Hadisə

23 Avqust 2024 00:05 916


Qubada ana və körpəsi dünyasını dəyişib.

Belə ki, Xaçmaz rayonunun Hülövlü kənd sakini 24 yaşlı Samirə Nəsirova doğuş üçün Quba Regional Perinatal Mərkəzinə gətirilib. Vurulan iynədən sonra vəziyyəti pisləşib, ana və bətnindəki körpə vəfat edib.

Həyat yoldaşı Habil Məmmədzahidov mərhumun əməliyyatdan öncə səhhətində heç bir probleminin olmadığını deyib: pizza hut

"Hər şeyi normal idi. Avqustun 21-i səhər əməliyyata girdi. İyirmi dəqiqə sonra həkim gəlib dedi ki, vəziyyəti ağırdır. Bir az keçəndən sonra xəbər verildi ki, xəstə keçinib. Narkozu vuranda 2 dəfə çırpınıb, sonra keçinib. Bəlkə də dozanı çox vurub".

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!