Oxçuçayda balıqların kütləvi ölümünə səbəb nədir? -   RƏSMİ MÖVQE

saytların hazırlanması

Evə çatdırılma

Oxçuçayda balıqların kütləvi ölümünə səbəb nədir? - RƏSMİ MÖVQE

Hadisə

10 Mart 2021 12:00 780


İşğaldan azad olunmuş ərazilərin ekoloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə Zəngilan rayonu ərazisindən keçən Oxçuçayda keçirilən növbəti monitorinq zamanı 500-dən çox farel və digər balıqların öldüyü aşkar edilib.

Yenisabah.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, çaydan götürülmüş su nümunələrində mis, molibden, manqan, dəmir, sink, xrom və s. kimi ağır metalların miqdarının normadan dəfələrlə artıq olduğu müəyyən olunub.

Monitorinq və analizlərin nəticələri, eyni zamanda çayda balıqların kütləvi məhv olması faktları çayın Ermənistan ərazisindəki Qacaran mis-molibden zavodu və Qafan mis filiz saflaşdırma kombinatının toksiki tullantıları ilə çirkləndirilməsini bir daha təsdiq edir. (Trend) Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!