Oxu.az xəbər saytının 12 yaşı tamam olur

saytların hazırlanması

Evə çatdırılma

Oxu.az xəbər saytının 12 yaşı tamam olur

Sosial

01 İyul 2025 10:42 342


Bu gün Oxu.az xəbər saytının 12 yaşı tamam olur.

2013-cü ildən fəaliyyətə başlayan sayt ölkədə və dünyada baş verən ən aktual xəbərləri Azərbaycan və rus dillərində, eyni zamanda Anadolu türkcəsində fasiləsiz olaraq oxuculara çatdırır.

Saytda oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar təqdim edilir. pizza sifarişi

Oxu.az-ın baş redaktoru Ülvi Səfərovun sözlərinə görə, gələcək dönəmlərdə saytın multimedia tərəfini inkişaf etdirmək əsas hədəflərdəndir:

"12 il ərzində Azərbaycan saytlarının ən oxunaqlısı olmuşuq deyə bilərik. Hələ ki xəbər və oxucu mövzusunda heç bir çatışmazlıq yoxdur. Gələcək üçün video kontentlərin sayını artırmağı düşünürük. Bu sahədə bir az təkana ehtiyac duyulur. Yaxın bir il ərzində ciddi sıçrayışlar olacağına əminik”.

“Yeni Sabah”ın kollektivi adından Oxu.az-da çalışan həmkarlarımızı təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!