Azərbaycanda buraxılış imtahanları zamanı hər il minlərlə şagird öz biliklərini sınayır. Lakin Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi hesabatlarında bəzən hər kəsi təəccübləndirən təzadlı bir statistikaya rast gəlinir: məktəbi bitirən, lakin oxumağı və yazmağı bacarmayan məzunlar.
“Yeni Sabah”ın araşdırmasına görə, bəziləri rəsmi protokollara əqli qüsurlu (inklyuziv) şagird kimi, bəziləri isə uzun müddət təhsildən yayınan şəxslər kimi düşən bu şagirdlərin son 10 ildəki rayonlar üzrə tam mənzərəsi aşağıdakı kimidir:
2025-ci il: 6 nəfər (Balakən: 1, Ağsu: 1, Gəncə: 1, Beyləqan: 1, Zərdab: 1, Suraxanı: 1) Pepperoni pizza
2024-cü il: 5 nəfər (Bərdə: 1, Ağcabədi: 1, Saatlı: 1, Lənkəran: 1, Şabran: 1)
2023-cü il: 7 nəfər (Bakı: 1, Qazax: 1, Ağstafa: 1, Şuşa: 1, Şahbuz: 1, Cəlilabad: 1, Qobustan: 1)
2022-ci il: 9 nəfər (Cəlilabad: 2, Goranboy: 2, Masallı: 1, Bərdə: 1, Göyçay: 1, Sabirabad: 1, Xaçmaz: 1)
2021-ci il: 38 nəfər (Cəlilabad: 5, Goranboy: 4, Ucar: 4, Füzuli: 3, Masallı: 3, Tərtər: 3, Astara: 2, Ağcabədi: 2, Göygöl: 2, Bərdə: 2, Şəmkir: 2, Gəncə: 2, Bakı: 1, Lerik: 1, Şəki: 1, Tovuz: 1)
2020-ci il: 12 nəfər (Astara: 3, Bərdə: 2, Sabirabad: 2, Yardımlı: 1, Cəlilabad: 1, Beyləqan: 1, Qazax: 1, İmişli: 1)
2019-cu il: 16 nəfər (Tovuz: 3, Yardımlı: 2, Cəlilabad: 2, Ağstafa: 2, Goranboy: 1, Masallı: 1, Biləsuvar: 1, Zaqatala: 1, Şəmkir: 1, Ağdam: 1)
2018-ci il: 25 nəfər (Cəlilabad: 4, Daşkəsən: 3, Gədəbəy: 3, Lerik: 3, Quba: 1, Qusar: 1, Yevlax: 1, Tərtər: 1, Neftçala: 1, Saatlı: 1)
2017-ci il: 65 nəfər (Astara: 12, Sabirabad: 9, Lerik: 8, Masallı: 5, Cəlilabad: 4, Yardımlı: 4, Goranboy: 3, Göyçay: 3, Bərdə: 2, Şəmkir: 2, Şəki: 1)
2016-cı il: 65 nəfər (Hacıqabul: 6, Qazax: 5, Şəmkir: 5, Goranboy: 4, Cəlilabad: 4, Masallı: 3, Gədəbəy: 2, Tovuz: 2, Bərdə: 2, Ağcabədi: 1, Zaqatala: 1, Saatlı: 1)
Nazim Hacıyev
Telegram kanalımız