Prodüser Tarix Əliyev (Tolik) qızının səhhəti ilə bağlı sosial şəbəkədə paylaşım edib.
"Yeni Sabah" xəbər verir ki, hazırda Bakıda olmadığını bildirən prodüser xəstə olan qızı Milananın vəziyyətinin onu narahat etdiyini deyib.
Tolik övladına tezliklə şəfa diləyərək bunları yazıb: Sezar pizza
“Allahım, qızım 2 gündür xəstədir. Özüm Bakıda deyiləm, amma fikrim də, ürəyim də onun yanındadır. Balama tezliklə şəfa ver. Bu hissi mənə yaşatdığın üçün sənə şükür edirəm. Valideyn narahatlığının nə olduğunu indi daha yaxşı anlayıram. Allah bütün balaları qorusun, mənim balama da tezliklə şəfa versin. Amin".
Telegram kanalımız