“Oyun asan keçmədi” - Ralf Ranqnik

saytların hazırlanması

Evə çatdırılma

“Oyun asan keçmədi” - Ralf Ranqnik

İdman

16 Oktyabr 2023 22:51 487


“Oyun asan keçmədi. Azərbaycanın necə oynayacağı barədə məlumatlı idik. Mütləq qalib gəlməli olduğumuzu düşünürdük. Erkən qol vurmaq istəsək də, Azərbaycan millisi yaxşı müdafiə olunurdu. Yaxşı mübarizə aparıb qələbə qazandıq”.

Yenisabah.az xəbər verir ki, bu sözləri AVRO-2024-ün seçmə mərhələsinın VIII turunda keçirilmiş Azərbaycan - Avstriya oyunundan sonra təşkil olunan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Ralf Ranqnik deyib. 0:1 hesabı ilə qələbə qazanan komandanın çalışdırıcısı matçın sonlarında yaranan gərginlik barədə danışıb:

“Futboldur. Meydanda dava da ola bilər. Oyunda belə şeyləri normal qarşılamaq lazımdır. Oyunçular bir-birlərini itələyə də bilərlər. Çətin oyunlarda futbolçular özlərindən çıxırlar”. Toyuqlu pizza

65 yaşlı mütəxəssis Avropa çempionatının final mərhələsinə vəsiqə qazandıqları üçün sevindiklərini, lakin daha da inkişaf etməli olduqlarını söyləyib:

“Oyunçular mahnı oxuyurdular. Qələbələr bizi rahatlaşdırmır. İşləməli və daha da irəli getməliyik”.

Almaniyalı baş məşqçi “Qarabağ” klubunun Avropa Liqasının qrup mərhələsində ölkəsinin təmsilçisi olan “Bayer”lə qarşıdakı oyunu barədə sualı belə cavablayıb: “Qarabağ” klubu barədə məlumatlıyıq. “Bayer” möhtəşəm formadadır. Bundesliqada yaxşı nəticə göstərirlər. “Qarabağ”ın xal qazana bilib-bilməyəcəyini söyləməyim çətindir. Onu deyə bilərəm ki, Avstriyada “Qarabağ” klubu tanınır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!