Oyun zamanı keçinən, güllələnən, qəzaya düşən... -   Brayant faciəsi və bizimkilər

saytların hazırlanması

Evə çatdırılma

Oyun zamanı keçinən, güllələnən, qəzaya düşən... - Brayant faciəsi və bizimkilər

İdman

27 Yanvar 2020 14:09 1392


Xəbər verdiyimiz kimi, dünən əfsanəvi basketbolçu Kobi Brayant helikopter qəzasında həlak olub. 41 yaşlı veteran idmançı helikopterin ABŞ-ın Los-Anceles şəhəri yaxınlığında yerə çırpılması nəticəsində ölüb.

Azərbaycan idmanında da zaman-zaman dəhşətli ölüm hadisələri olub. Yeni Sabah.az həmin idmançılarla bağlı araşdırma edib.

Araşdırmanı sizə təqdim edirik: Dominos pizza

Xamis Məmmədov

UFC üzrə çempion Həbib Nurməhəmmədovu məğlub edən yeganə azərbaycanlı Xamis Məmmədov 2019-cu ilin yanvar ayında faciəfi şəkildə dünyasını dəyişib. İdmançı Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına kəskin pnevmoniya ilə ağır vəziyyətdə çatdırılıb, lakin aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq, Xamis Məmmədov 26.01.2019-cu il tarixində dünyasını dəyişib. Yaxınları meyitin tibbi ekspertizaya göndərilməsinə qəti etiraz ediblər. Bu səbəbdən yalnız ilkin rəyə əsasən xəstəyə ağciyərlərin tromboemboliyası diaqnozu qoyulmuşdu. Xamis Məmmədovun qripdən dünyasını dəyişdiyini deyənlər də var idi. Deyilənlərə görə, o soyuqdəymədən müalicə alırmış. Daha sonra xəstəlik şiddətlənib və onun  bədənində iltihabi proses baş vermişdi.

Ayxan Qasımov

2018-ci ilin oktyabr ayında “Sumqayıt” U-15 komandasının futbolçusu Ayxan Qasımov avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Belə ki, Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Fəxrəddin Bəşirov idarə etdiyi “İSUZU” markalı avtomobillə yolun kənarı ilə gedən qəsəbə sakinləri Ayxan Qasımovu və Rasim Bayramovu vurub. Nəticədə, onlar aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

Reyhan Məmmədova

Azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədova faciəvi şəkildə ölənlər sırasındadır. 2017-ci ilin iyununda idmançı avtomobil qəzasına düşüb. Maşın vuran xanım idmançı hadisə yerindəcə keçinib. Qeyd edək ki, o, bu sahə üzrə tanınan idmançı İlqar Məmmədovun qızı idi. 

Fərhad Poladov

2019-cu ilin iyununda Qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu olmuş Fərhad Poladov Bakıda yol qəzası törədib. İdmançı “Koroğlu” metrostansiyasının yaxınlığında idarə etdiyi özünə aid “Niva” avtomobili ilə hərəkətdə olarkən idarə etməni itirib. Nəticədə avtomobil səkiyə çırpılıb, yolun əks istiqamətinə çıxıb və “Hyundai” markalı avtomobillə toqquşub. F.Poladov hadisə zamanı xəsarət aldığı sol ayağının və döş qəfəsinin sınması diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və əməliyyat edilib. Lakin o, əməliyyatın səhəri günü həyatını itirib. 

Qeyd edək ki, F.Poladov MMA-da bir çox uğurlara imza atıb. O, 2 dəfə kunq-fu üzrə dünya çempionu olub. Həmçinin 2013-cü ildə MMA üzrə dünya kubokunu qazanıb. F.Poladov habelə 2014-cü ildə MMA üzrə dünya çempionatının qızıl medalını da əldə edib.

Cəhdi Ramil

Məşhur Kung Fu döyüşçüsü Cəhdi Ramil ürək çatışmazlığından vəfat edib.  38 yaşında vəfat edən idmançı daha bir faciə ilə üzləşib - ölməmişdən bir müddət öncə oğlu Cəlalı da itirmişdi. 

Əli Novruzov

Rusiyada yaşayan həmyerlimiz 2013-cü ildə məşq zamanı həyatını itirib. Qarışıq döyüşlə məşğul olan 17 yaşlı Novruzov ürək nahiyəsindən aldığı zərbədən ayılmayıb. Nəticədə vəfat edib.

Şəhriyar Əliyev

2016-cı ilin dekabrında Mingəçevir Türk Olimpiya Mərkəzində Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında futzal yarışı start götürüb. Yarış Dövlət Gömrük Komitəsinin yaranmasının 25 illiyinə həsr olunub. Faciyəvi olay "Gəncə Gömrük” komandası "Bakı Terminal Gömrük xidməti”nin komandası ilə qarşılaşan zamanı baş verib. Oyunun ikinci hissəsinin əvvəlində Gəncə klubunu üzvü, 1974-cü il təvəllüdlü, Şəhriyar Əliyev qəflətən huşunu itirərək yerə yıxılıb. Həkimlərin ilkin tibbi yardımına baxmayaraq, Şəhriyar Əliyev dünyasını dəyişib. 

Ramil Canıyev

2017-ci ildə Rusiyanın Çelyabinsk şəhərində yaşayan azərbaycanlı idmançı öldürülüb. Kikboksinq üzrə beynəlxalq dərəcəli idman ustası Ramil Canıyev yaşadığı evin qarşısında güllələnib. O, xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, başından güllə yarası almış idmançını xilas etmək mümkün olmayıb. 

Naibə Məmmədova

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!