“Portuqaliya millisinə qarşı oyun futbolçularım üçün stimul olacaq”.
Yenisabah.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin italiyalı baş məşqçisi Canni De Byazi ölkəsinin “Repubblica” nəşrinə bildirib.
Nəşrin Azərbaycan futbolçularının Kriştiano Ronaldoya qarşı oynamağın çətin olacağı barədə sualına De Byazi belə cavab verib: Dominos pizza
“Tək Kriştiano deyil, Portuqaliya millisinə qarşı oyun futbolçularım üçün stimul olacaq. Düzdür, rəqib güclüdür, dünya çempionu ola bilər. Amma oyunçularıma Ronaldodan qorxmamağı və aktiv olmağı tapşırmışam. Əks halda, yalnız onların oyununu izləməli olacağıq”. /Oxu.az
Telegram kanalımız