Azərbaycan milli komandasının İsveçə qarşı bu gün keçiriləcək Avro-2024-ün seçmə mərhələsinin oyununa çağırılan heyətində ixtisarlar edilib.
Yenisabah.az-ın xəbərinə görə, baş məşqçi Canni de Byazi 27 futbolçudan 4-nü heyətdən kənarda saxlayıb. Bunlar Rüstəm Əhmədzadə ("Zirə), Səbuhi Abdullazadə ("Sumqayıt"), Cəlal Hüseynov (“Arda Kaerdzali”, Bolqarıstan) və Emil Səfərovdur ("Qəbələ)".
UEFA-nın saytında yayımlanan protokola əsasən, matça Azərbaycan millisi tərəfindən sifariş olunan 23 futbolçu aşağıda adları qeyd edilənlərdir: Toyuqlu pizza
Qapıçılar: Yusif İmanov (“Sabah”), Rəşad Əzizli (“Qəbələ”), Şahrudin Məhəmmədəliyev (“Adana Dəmirspor”, Türkiyə).
Müdafiəçilər: Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Rahil Məmmədov, Toral Bayramov (hamısı “Qarabağ”), Amin Seydiyev (“Sabah”), Höccət Haqqverdi (“Neftçi”), Qismət Alıyev (“Zirə”), Turan Manafov (“Araz-Naxçıvan”), Anton Krivotsyuk (“Daejon Hana”, Cənubi Koreya).
Yarımmüdafiəçilər: Aleksey İsayev, Elvin Camalov (hər ikisi “Sabah”), Eddi İsrafilov, Emin Mahmudov (hər ikisi “Neftçi”), Coşqun Diniyev (“Umraniyəspor”, Türkiyə), Ozan Can Kökçü (“Eyndhoven”, Niderland).
Hücumçular: Nəriman Axundzadə (“Qarabağ”), Mahir Emreli (“Dinamo”, Xorvatiya), Musa Qurbanlı (“Yurqorden”, İsveç), Ramil Şeydayev (“Buriram Yunayted”, Tayland), Renat Dadaşov (“Hatayspor”, Türkiyə).
Xatırladaq ki, Azərbaycan - İsveç matçı saat 21:00-da başlayacaq./Qol.az
Telegram kanalımız