“Oyundan əvvəl Mançesterdə bütün spirtli içkiləri içdik“   - Baş məşqçi

saytların hazırlanması

Evə çatdırılma

“Oyundan əvvəl Mançesterdə bütün spirtli içkiləri içdik“ - Baş məşqçi

İdman

25 May 2023 10:08 960


"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 32-ci turdan təxirə salınmış "Brayton"la oyundan (1:1) sonra fikirlərini bildirib. 

Yenisabah.az "Mirror"a istinadən xəbər verir ki, "Brayton" bu nəticə ilə (62 xal, 6-cı yer) Avroliqaya vəsiqəni təmin edib. 

Mütəxəssis matçla bağlı deyib: “Yaxşı oyun oldu. Rəqibi Avropa Liqasına vəsiqə qazandığına görə təbrik edirəm. Onlar oynadıqları oyuna görə 100 faiz buna layiqdirlər.  pizza mizza

Mançesterdə bütün spirtli içkiləri içdikdən 48 saat sonra layiqli oyun nümayiş etdirdik. "Mançester Siti"nin futbolçuları niyə çempion olduqlarını göstərdilər. Biz topla və topsuz nəyə qadir olduğumuzu göstərdik. Mən intensivliyimizdə və fikrimizdə heç bir azalma hiss etmədim. Hər iki komandanın qol epizodları oldu". 

Xatırladaq ki, "Mançester Siti" çemionluğu rəsmiləşdirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!