“Oyunumuzdan razı qalmadım” – Elşad Əhmədov

saytların hazırlanması

Evə çatdırılma

“Oyunumuzdan razı qalmadım” – Elşad Əhmədov

İdman

26 İyul 2019 10:38 971


“İlk yoxlama oyunumuzu keçirdik. Rumıniyanın “Konkordia” komandası ilə qarşılaşdıq. Bu matçda uşaqların fiziki hazırlığının hansı vəziyyətdə olduğunu görmək istəyirdik. Bu gün meydançanın yaxşı vəziyyətdə olmaması oyunumuza təsir etdi”.

"Yeni Sabah" xəbər verir ki, bu fikirləri  “Sabah”ın baş məşqçisi Elşad Əhmədov “Konkordia” ilə oyun (1:2) sonrasında səsləndirib. Çalışdırıcı oyundan razı qalmadığını bildirib:

“Topla daha çox oynamaq istəyirdik, lakin qazonun vəziyyəti buna imkan vermədi. Rəqib də çox istəkli idi. Toplanışda son oyunlarını keçirirdilər. Matçda bütün futbolçulara şans verdik. Ayrı-ayrı epizodlarda razı qaldığım məqamlar olsa da, ümumilikdə oyunumuzdan razı qalmadım. Gələn oyuna kimi çatışmayan cəhətlərimizin üzərində çalışacağıq”. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!