“Öz eqolarını təmin etmək üçün səni alçaldırlar, əzirlər”   - Aynişan

saytların hazırlanması

Evə çatdırılma

“Öz eqolarını təmin etmək üçün səni alçaldırlar, əzirlər” - Aynişan

Şou

09 İyun 2020 11:22 3249


Əməkdar artist Aybəniz Haşımovanın blogger qızı Aynişan Quliyeva sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. 

Yenisabah.az xəbər verir ki, Aynişan İnstaqram hesabında həyat yoldaşı ilə əllərinin fotosunu paylaşaraq: “Bəzən yetmir, çarpışıb, vuruşmaq yetmir. Özünü parçalayıb, həlak etməyin yetmir. Sən özünü xərclədikcə, insanların yolunda qurban verdikcə daha da dəyərsizləşib, ucuzlaşırsan. Sən güclü göründükcə daha da əzib, üstündən keçməyə çalışırlar. Öz eqolarını təmin etmək üçün səni alçaldıb əzirlər. Öz uğursuzluqlarının üstünə pərdə asmaq üçün səni sənin gözündən salmağa çalışırlar. Amma ağlın varsa dur! Həyat sənə bir dəfə verilib. Təkrar yaşamayacaqsan ki, deyəsən “Heç nə olmaz, bu həyatı bunları yaşayaraq yola verim, növbəti dəfə mübarizə apararam”. Həyatın təkrarı yoxdur! Bunu heçvaxt unutma!” – deyə qeyd edib. 

Onun sözləri diqqət çəkərək izləyicilərin müzakirəsinə səbəb olub. Marqarita pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!