Öz ərizəsi ilə işdən çıxanlara şad xəbər

saytların hazırlanması

Evə çatdırılma

Öz ərizəsi ilə işdən çıxanlara şad xəbər

Sosial

08 Aprel 2020 07:04 12752


“Əgər vətəndaş öz ərizəsi ilə işdən çıxırdısa və ya onunla imzalanan müqavilənin müddəti başa çatırdısa onlara işsizlik sığortası ödənilmirdi”.

“Yeni Sabah” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bununla bağlı silsilə tədbirlər hazırlanır: “Müvafiq qanunvericiliyə dəyişikliklər edildikdən sonra müddətli müqavilələr üzrə müqavilə müddəti bitən şəxsə də işsizlikdən sığorta ödəniləcək. Hesab edirik ki, təkcə bu il ərzində ən azından 20 min şəxs bu mexanizmlə əhatə olunacaq”. Toyuqlu pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!