“Öz xalqının tanınmış simalarını alçaltmaq üçün…”   – Brilliant qəzəbləndi

saytların hazırlanması

Evə çatdırılma

“Öz xalqının tanınmış simalarını alçaltmaq üçün…” – Brilliant qəzəbləndi

Şou

29 Aprel 2020 11:27 1190


Xalq artisti Brilliant Dadaşova əsəblərinə hakim ola bilməyib.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkədə erməni əsilli amerikalı ulduz Kim Kardaşyanın fotosunun paylaşılaraq "Kimin ombası qədər olmayan xalq artistlərimiz" rəyinin yazılması sənətçini özündən çıxarıb: 

"Diqqətlə baxın, öz xalqının nümayəndələrini təhqir edən bu səhifəyə! Üzümü sizə tutub deyirəm, dünyada biabırçı "məharəti" ilə tanınan bu qadını tərifləmək istəyirsinizsə, bəhanə axtarmayın! Müharibə şəraitində olduğumuz insanlar sizdən fərqli olaraq, kiməsə simpatiyasını bildirmək üçün öz millətinin nümayındələrini heç bir zaman pisləməz. Nə olursa olsun pisləməz. Siz və sizin kimilər isə öz xalqınızın tanınmış simalarını alçaltmaq üçün bütün vasitələrdən istifadə etmisiniz - şər, böhtan, uydurma hekayələr və s. Bilirəm, bu yazıdan sonra üstümə hücumlar daha da artacaq, amma bilin ki, bura yazdığınız başlıq birbaşa, şəxsən özünüzə yaraşır".  Dördpendirli pizza

Qeyd edək ki, Kim Kardaşyan dünyanın ən məhşur realiti-şou ulduzlarından biridir. 40 yaşlı, erməni əsilli qadın realiti-şouları və sızdırılmış seks görüntüləri ilə tez-tez gündəmə gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!