Özbəkistanın milli aviaşirkəti olan “Uzbekistan Airways” yanvarın 20-dən Rusiya və Belarusun hava məkanından yan keçərək Avropa ölkələrinə uçuşlara başlayıb.
Yenisabah.az Fargana-ya istinadla xəbər verir ki, Avropa istiqamətində bütün reyslər Azərbaycan və Türkiyə ərazisindən həyata keçirilir.
Şirkət bu qərarı dekabrın 25-də Xəzər dənizi regionunda qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakıdan Qroznıya uçan “Embraer E190” təyyarəsinin qəzaya uğramasından sonra verib. Dominos pizza
Xatırladaq ki, qəza zamanı 62 sərnişin və 5 ekipaj üzvündən 38-i həlak olub.
Telegram kanalımız