Özbəkistanda mənzil və avtomobilləri nağd pulla almaq qadağan edildi

saytların hazırlanması

Evə çatdırılma

Özbəkistanda mənzil və avtomobilləri nağd pulla almaq qadağan edildi

Dünya

12 Dekabr 2025 01:59 710


2026-cı il aprelin 1-dən etibarən Özbəkistanda alkoqol, tütün məmulatları, daşınmaz əmlak, avtomobillər və 25 milyon sumdan (təxminən 3 530 manat - red.) baha olan malların nağd pul ilə alınması qadağan ediləcək.

Oxu.Az bildirir ki, bu barədə Prezident Şavkat Mirziyoyevin müvafiq fərmanı ölkənin Milli Qanunvericilik Məlumat Bazasında dərc olunub.

Belə məhsulları almaq və xidmətlər üçün ödəniş etmək yalnız nağdsız üsullarla və ya QR-kodlardan istifadə edilməklə mümkün olacaq. Sezar pizza

Özbəkistan hökuməti ümid edir ki, bu tədbirlər maliyyə əməliyyatlarının şəffaflığını artıracaq və 2030-cu ilə qədər nağd puldan istifadənin əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!