Özbəkistandan dünya çempionatında möhtəşəm uğur 

saytların hazırlanması

Evə çatdırılma

Özbəkistandan dünya çempionatında möhtəşəm uğur 

İdman

22 Noyabr 2023 15:28 1061


Özbəkistanın gənclərdən ibarət millisi 17 yaşadək futbolçulardan ibarət komandalar arasında dünya çempionatının 1/8 final mərhələsində İngiltərə yığmasını məğlub edib. 

Yenisabah.az xəbər verir ki, noyabrın 22-də İngiltərəyə qarşı keçirilən görüş 2:1 hesabı ilə başa çatıb. 

Artıq 4-cü dəqiqədə hesab açılıb. Yarımmüdafiəçi Amirbek Saidov fərqlənib. 35-ci dəqiqədə İngiltərə millisi Joel Ndalanın qolu ilə hesabı bərabərləşdirib.  67-ci dəqiqədə cərimə zərbəsini Lazizbek Mirzəyev dəqiq yerinə yetirib və komandasının qələbə qolunu vurub.  pizza mizza

Nəticədə Özbakıstan yığması 1/4 finala yüksəlib. Yığma 2011-ci ildə də eyni uğura imza atmışdı. 

Özbəkistan 1/4 finalda Fransa-Seneqal cütünün qalibi ilə qarşılaşacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!