Özəlləşdirmə çeklərinə görə kompensasiya veriləcək? - RƏSMİ CAVAB

saytların hazırlanması

Evə çatdırılma

Özəlləşdirmə çeklərinə görə kompensasiya veriləcək? - RƏSMİ CAVAB

Sosial

15 Avqust 2025 19:49 2853


Sosial şəbəkələrdə dövlət özəlləşdirmə çekləri ilə bağlı kompensasiya məsələsi gündəmə gətirilib. İddia olunur ki, vətəndaşlar əllərində olan vauçerlərə (dövlət özəlləşdirmə paylarına) görə pul ala bilərlər.

Yenisabah.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətindən (ƏMDX) Mətbuat.az-a bildirilib ki, həmin çeklərin yenidən pul predmetinə çevrilməsi ilə bağlı sosial şəbəkələrdə olan məlumatlar yanlışdır.

ƏMDX vətəndaşları dövlət özəlləşdirmə çeklərinin yenidən istifadə olunacağı ilə bağlı yayılan şayiələrə inanmamağa çağırıb. pizza mizza

Qeyd edək ki, Azərbaycan Prezidentinin 23.12.2009-cu il tarixli Fərmanına uyğun olaraq, dövlət özəlləşdirmə çeklərinin son istifadə müddəti 01.01.2011-ci il tarixində başa çatıb və həmin çeklər tədavüldən çıxarılıb. Bununla da dövlət özəlləşdirmə çekləri qiymətli kağız kimi öz əhəmiyyətini itirib və vətəndaşların həmin çeklərdən istifadə edərək hər hansı hüquq və ya gəlir əldə etməsi mümkün deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!