Özəlləşdirmə hərracına daha 26 dövlət müəssisəsi çıxarılır

saytların hazırlanması

Evə çatdırılma

Özəlləşdirmə hərracına daha 26 dövlət müəssisəsi çıxarılır

İqtisadiyyat

10 Sentyabr 2022 15:12 1968


Oktyabrın 4-11-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən özəlləşdirmə hərracları keçiriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Bildirilir ki, oktyabrın 4-də keçiriləcək hərraca 16 kiçik dövlət müəssisəsi və obyekti, 41 nəqliyyat vasitəsi, 11 oktyabrda təşkil olunacaq hərraca isə 6 səhmdar cəmiyyətin səhm paketi, 10 kiçik dövlət müəssisəsi və 15 nəqliyyat vasitəsi çıxarılacaq. Toyuqlu pizza

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Digər üstün cəhət isə əksəriyyətinin torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılmasıdır.

Özəlləşdirilməyə çıxarılan səhmdar cəmiyyətləri sənaye, kənd təsərrüfatı sahələrinə aiddir. Səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45 %-ni təşkil edir.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya və Amerika istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1974-2013-cü illəri əhatə edir.

Hərraca çıxarılan dövlət əmlakının tam siyahısı: ( https://bit.ly/3mmNVpB )


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!