“Özümə müğənni deyə bilmirəm” - Çingiz Mustafayev

saytların hazırlanması

Evə çatdırılma

“Özümə müğənni deyə bilmirəm” - Çingiz Mustafayev

Şou

26 Fevral 2024 15:21 760


"Artıq özümə müğənni deyə bilmirəm".

Yenisabah.az moderator.az-a istinadla xəbər verir ki, bunu müğənni Çingiz Mustafayev deyib.

O əlavə edib: "Çünki ildə bir mahnı buraxıram. Mənim üçün say deyil, keyfiyyət önəmlidir. Ola bilər ki, mən bu gün elə bir mahnı oxuyaram ki, 9 milyonun 5 milyonu mənə qulaq asar. Bu mümkündür. Amma məqsəd, istək, arzu o deyil. Niyə ora getməliyəm? pizza

İnsanlar məni çox sevəcək deyə? Sevsələr də bir şey dəyişmir, sevməsələr də. Faydalı olmaq istəyərəm. Bu gün oxuduğum musiqi nədənsə bəhs edir. Daha çox insanın daxilindən, ruhundan, yaradanından bəhs edir. İnsanı oralara aparır. Ayrılıqla bağlı, "Sən getdin, mən sənsiz yaşaya bilmərəm, sənsiz mən heç kiməm, sən mənim hər şeyimsən" və s.

Artıq nə qədər olar? 5 il, 10 il, 15 il. Ömrümün axırına qədər toksik sevgidən oxuya bilmərəm axı. İnsanları zəhərləyə blmərəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!