Xəbər verdiyimiz kimi, Bülənt Ərsoya bahalı üzük hədiyyə edən azərbaycanlı iş xanımının kimliyi məlum olub. Üzüyü verən Nigar Məmmədovanın “Boomerang Label” adlı şirkətin sahibi olduğu bildirilib. Türk mediasında isə B.Ərsoya hədiyyə edilən üzüyün dəyərinin 100 min dollar olduğu qeyd edilib.
Yenisabah.az xəbər verir ki, bu hadisə ölkəmizdə xoş qarşılanmayıb. Sosial şəbəkələrdə müzakirə obyektinə çevrilən bu məsələyə müğənni Nadir Qafarzadə də sərt reaksiya verib:
“Əlbəttə, düz edib! Azərbaycan xalqına “Köksüzlər” deyən birinə nəinki üzük, özümüzü də qurban versək, azdır. Yaltaqlıq bizim canımızdadır. Biz yaltaq doğulmuşuq”. Dominos pizza
Qeyd edək ki, N. Məmmədovanın B.Ərsoya hədiyyə etdiyi dəyərli üzük brilyant və safirdən ibarət olub.
Telegram kanalımız