“Özümüzü rüsvay edəcəyik” - Manukyan

saytların hazırlanması

Evə çatdırılma

“Özümüzü rüsvay edəcəyik” - Manukyan

Dünya

27 Mart 2021 08:15 1103


“Bu gün belə bir dağınıq vəziyyətdə olan Ermənistan seçkilərə hazır deyil”. “Report” "Newsarmenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın müxalif “Vətən qurtuluşu üzrə Hərəkatı”nın liderlərindən biri, baş nazir vəzifəsinə müvəqqəti namizəd Vazgen Manukyan deyib.

Manukyan bir sıra yerli televiziya şirkətlərinə müsahibəsində hazırkı baş nazir Nikol Paşinyanın təşkilatçılığı və rəhbərliyi ilə növbədənkənar parlament seçkilərinin keçirilməsinə qarşı qəti etiraz edib. "Bu seçkilər böhranı həll etməyəcək, əksinə, onu dərinləşdirəcək. Ölkəni məhvə aparan, müharibəni uduzan Nikol Paşinyan seçkilərə rəhbərlik etsə, o zaman özümüzü digər ölkələr qarşısında rüsvay edəcəyik, öz hörmətimizi və özümüzə inamımızı itirəcəyik", - siyasətçi vurğulayıb.

Manukyan əlavə edib ki, əgər Paşinyan müəyyən miqdarda səs yığsa və yenidən baş nazir olsa, onda bütün dünya Ermənistana güləcək. Onun sözlərinə görə, Paşinyanın seçkiqabağı təşviqatın başlanğıcına qədər yerini dəyişildirilməsi əhəmiyyətlidir. "Bizim qarşımızda məhz bu vəzifə dayanır. Nikol xalqı atmalıdır, bu, xalqda özünə əminliyi qaytaracaq", - Manukyan deyib. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!