Özündən 48 yaş böyük kişi ilə evlənən aktrisa onu aldadaraq evdən qaçdı

saytların hazırlanması

Evə çatdırılma

Özündən 48 yaş böyük kişi ilə evlənən aktrisa onu aldadaraq evdən qaçdı

Şou

27 Dekabr 2019 13:28 1563


Bir müddət əvvəl Patrik adlı 80 yaşlı amerikalı ilə evlənən aktrisa Meltem Miraloğlunun evdən qaçdığı deyilir. 

“Yeni sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddialara görə xanım özündən 48 yaş böyük əri ilə yaşadığı İllinios əyalətindəki evindən onu aldadaraq qaçıb.

Bildirilir ki, Meltem “Çikaqoda yaşayan xalam var. Onun yanına gedəcəm. Xalamla birlikdə Türkiyəyə gedəcəyik. Orada burun əməliyyatı etdirəcəm” deyib. Pepperoni pizza

Qeyd edək ki, Miraloğlunun gizli evliliyinin üstünü açan yazar Onur Akay televiziyada canlı yayıma telefonla qoşularaq aktrisanın Azərbaycanda oğurluq etdiyini və buna görə Türkiyədən qaçdığını söyləmişdi: "Meltem ABŞ-dan əvvəl Azərbaycanda gedib və orada bir filmin təqdimatına qatılıb. Təqdimat zamanı yanındakı müğənnilərdən biri ilə böyük hadisə baş verib. Yanında olanların mənə dedikləri bir iddia var. Mən də çox təəccübləndim. Bir oğuluq hadisəsindən bəhs etdilər. Yəni ABŞ-a məcburiyyətdən qaçıb".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!