Özünü buraxan deputatların 82-si yenidən deputat olub

saytların hazırlanması

Evə çatdırılma

Özünü buraxan deputatların 82-si yenidən deputat olub

Siyasət

11 Fevral 2020 14:40 1954


Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri nəticəsində formalaşacaq yeni parlamentdə təmsil olunacaq 125 deputatdan 82 nəfəri Milli Məclisin köhnə tərkibinə daxil olanlardır. 

Yenisabah.az xəbər verir ki, 9 fevral seçkilərində köhnə tərkibdən 83 nəfər yenidən namizədliyini irəli sürmüşdü. Onlardan yalnız 1 nəfəri parlamentdən kənarda qalıb. Bu, 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürən Fərəc Quliyevdir. Həmin dairədə təhsil üzrə ekspert, Təhsil Nazirliyində İctimai Şuranın üzvü Etibar Əliyev qalib elan edilib. 

Yenidən deputat seçilən köhnə tərkibin təmsilçiləri Milli Məclisin buraxılmasına səs vermişdilər. pizza mizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!