Noyabrın 26-da saat 10 radələrində “Milli Park” ərazisində bir nəfərin özünü dənizə atması barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Xətai RPİ-nin 37-Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində sərxoş halda olan həmin şəxs xilas edilərək xəstəxanaya yerləşdirilib.
Onun Bakı şəhər sakini, yeniyetmə qız olduğu müəyyən edilib. Araşdırma aparılır. Toyuqlu pizza
Qeyd edək ki, noyabrın 26-da saat 11 radələrində Bakı şəhər sakini 2004-cü il təvəllüdlü Avcı İlahə Ramazan qızı intihar etmək məqsədilə "Bakı Ağ Şəhər Bulvarı" ərazisində özünü dənizə atıb.
İlahə Avcı dənizdən çıxarılaraq dərhal tibbi yardım göstərilməsindən ötrü Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə aparılıb. Hazırda İlahə Avcının səhhəti normaldır.
Telegram kanalımız