PA rəsmisi: “Çap mediasında ciddi dəyişikliklər var”

saytların hazırlanması

Evə çatdırılma

PA rəsmisi: “Çap mediasında ciddi dəyişikliklər var”

Maraqlı

24 Noyabr 2022 12:36 766


“Son bir ildə ölkənin çap mediasında forma və məzmun baxımından ciddi dəyişikliklər var”.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov “E-KÖŞK” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimində bildirib.

“Dövlətimiz çətin dövrlərdə həmişə medianın yanında olub. Son bir il ərzində ölkənin çap mediasında forma və məzmun baxımından ciddi dəyişikliklər var. Müasir çağırışlar fonunda media rəqəmsal yeniliklərə uyğunlaşmalıdır. Hesab edirəm ki, “E-KÖŞK” platforması müasir çağırışlara cavab verən platforma olacaq. Dünyada informasiya sahəsində gedən inkişaf fonunda media sahəsinə də yeni konseptual baxış tələb olunur”, - deyə PA rəsmisi vurğulayıb. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!