Papanın ölümündən sonra fırıldaqçılar sosial mediada şəxsi məlumatların çıxarılması və qurbanların bank hesablarına daxil olmaq üçün zərərli fişinq keçidlərini fəal şəkildə yaymağa başlayıblar.
Yenisabah.az “Politico”ya istinadla xəbər verir ki, bu barədə “Check Point” informasiya texnologiyaları təhlükəsizliyi şirkətinin hesabatında deyilir.
Zərərli linkləri olan saxta xəbərlərdə pontifikin ölmədiyi və onun ölümü ilə bağlı məlumatlar internet trafikini artırmaq üçün uydurmadır. Fırıldaqçılar neyroşəbəkələrdən istifadə etməklə yaradılan Fransiskin müxtəlif şəkillərindən və videolarından istifadə edirlər. Sadə fişinqdən əlavə, fırıldaqçılar saxta xeyriyyə ianələri və digər ehtiyaclar üçün pul köçürmələri ilə bağlı digər sxemlər vasitəsilə qurbanlardan pul qoparırlar. pizza mizza
Məzmun, ilk növbədə, "TikTok" və "Instagram"-da yayılır.
Telegram kanalımız