Pakistan BMT-də Ermənistanı dövlət kimi tanıyacaq

saytların hazırlanması

Evə çatdırılma

Pakistan BMT-də Ermənistanı dövlət kimi tanıyacaq

Siyasət

09 Sentyabr 2025 02:00 657


Pakistan Ermənistanı BMT-nin üzvü kimi tanımaq niyyətindədir və bunun qarşılığında Avrasiya İqtisadi Birliyinə (Aİİ) qoşulmaq imkanı əldə edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.

"Pakistan həqiqətən bunu etməyi və qarşılıqlı addım kimi - Aİİ-yə daxil olmaq məsələsində konsensus əldə etməyi planlaşdırır", - deyə bildirilib. Dominos pizza

Digər diplomatik mənbə qeyd edib ki, müvafiq prosedurlar bir neçə həftədən bir neçə aya qədər çəkə bilər.

O, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bu məsələdə heç bir maneə yaratmadığını da vurğulayıb.

Qeyd edək ki, bundan öncə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və pakistanlı həmkarı İshaq Dar Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşüblər. Danışıqlardan sonra iki ölkənin xarici işlər nazirləri diplomatik əlaqələrin qurulmasına dair kommünike imzalayıblar./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!