Pakistan darmadağın etdi, Hindistan ağ bayraq qaldırdı

saytların hazırlanması

Evə çatdırılma

Pakistan darmadağın etdi, Hindistan ağ bayraq qaldırdı

Dünya

07 May 2025 09:52 1647


Hindistan ordusu Kəşmirdə nəzarət xəttində yerləşən Çora kompleksində ağ bayraq qaldırıb.

“Yeni Sabah”ın xəbərinə görə, Pakistan Ordusunun nəzarət xətti boyunca düşmən postlarına ciddi zərbə vurması Hindistan ordusunun Çora kompleksi postunda ağ bayraq asmasına səbəb olub.

Mənbələr həmçinin, Azad Cammu və Kəşmirdə nəzarət xətti yaxınlığındakı əməliyyatlarda iştirak edən Hindistanın əsas taktiki quruluşu olan 12-ci piyada briqadası, 9-cu diviziya, 15-ci korpusun qərargahının Pakistan Ordusu tərəfindən məhv edildiyini təsdiqləyib. Dominos pizza

Xatırladaq ki, Hindistan Hərbi Hava Qüvvələri Pakistanın mülki infrastrukturuna zərbələr endirib. Hücum nəticəsində azı 8 nəfər ölüb, 35 nəfər yaralanıb. Pakistan tərəfi Hindistanın təcavüzünə cavab tədbirləri görüb və son məlumata əsasən Hindistanın beş qırıcısı vurulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!