Pakistan Prezidentinin vəziyyəti pisləşdi, təcili xəstəxanaya çatdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Pakistan Prezidentinin vəziyyəti pisləşdi, təcili xəstəxanaya çatdırıldı

Dünya

01 Aprel 2025 20:22 187


Pakistan Prezidenti Asif Əli Zərdari vəziyyəti pisləşdiyi üçün təcili olaraq Kəraçidəki özəl xəstəxanaya yerləşdirilib.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.

Pakistan Xalq Partiyasının (PPP) məlumatına görə, Zərdari hazırda müalicə alır və həkimlər onun vəziyyətini qiymətləndirmək üçün lazımi tibbi müayinələr aparırlar. Xəstəxananın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib: hüquq-mühafizə orqanları müəssisənin ərazisinə icazəsiz girişi məhdudlaşdırıb. pizza mizza

Xəstəxanaya yerləşdirilməsindən bir gün əvvəl prezident Nəvabşahdakı iqamətgahında Ramazan bayramı namazında iştirak edib. Orada onu Milli Assambleyanın sədr müavini Qulam Mustafa Şah, əyalət naziri Əli Həsən və bir sıra qonaqlar müşayiət edib.

Xatırladaq ki, 2024-cü ildə BƏƏ-yə özəl səfəri zamanı Dubayda təyyarədən çıxarkən Zərdarinin ayağı sınıb.

Hələlik onun səhhəti ilə bağlı rəsmi açıqlama verilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!