Pakistan Silahlı Qüvvələri Azərbaycanı dəstəkləyir

saytların hazırlanması

Evə çatdırılma

Pakistan Silahlı Qüvvələri Azərbaycanı dəstəkləyir

Hadisə

10 Oktyabr 2020 08:56 1153


Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin (BQRK) sədri, ordu generalı Nadim Raza ilə görüşüb.

Səfirlikdən Yenisabah.az-a verilən xəbərə görə, görüşdə regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Görüş zamanı BQRK-nin sədri iki ölkə arasındakı qardaşlıq əlaqələrinin möhkəm təməllər üzərində qurulmasından bəhs edərək, Pakistan Silahlı Qüvvələrinin BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi qətnamələrə uyğun olaraq Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini tam dəstəklədiyini bildirib. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!