Pakistanda aldadılıb istismar olunmuş Azərbaycan əsilli qadınlar xilas edildi

saytların hazırlanması

Evə çatdırılma

Pakistanda aldadılıb istismar olunmuş Azərbaycan əsilli qadınlar xilas edildi

Hadisə

06 Noyabr 2023 22:54 1333


Pakistanın Federal Təhqiqat Agentliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi Ravalpindi şəhərində mənzildə bağlı qalmış 4 qadın və 3 uşağı xilas edib.

Yenisabah.az xəbər verir ki, bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, qadınlar Azərbaycan əsillidir. Onlar bu ölkəyə iş adı altında gətiriliblər. Qadınların cinsi istismar olunduqları bildirilir. pizza hut

Məlumata görə, onlar Pakistana müddəti bitmiş viza ilə gəliblər və orada qeyri-qanuni yaşayıblar. Reyd zamanı qadınların pasportları da götürülüb.

İnsan Alverinə Qarşı Mübarizə Departamenti üç insan alverçisinə qarşı cinayət işi açıb.

Qeyd edilir ki, hazırda cinayətkarların saxlanılması üçün xüsusi qrup yaradılıb və müxtəlif ərazilərdə əməliyyatlar keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!