Pakistandan Azərbaycana daha bir dəstək -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Pakistandan Azərbaycana daha bir dəstək - Fotolar

Hadisə

12 Dekabr 2020 11:18 2109


Bu gün Azərbaycana humanitar yardım gətirən Pakistana məxsus C-130 təyyarəsi Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

Yenisabah.az xəbər verir ki, ilkin ehtiyac üçün vasitələr, o cümlədən böyük çadırlar, yataq dəstləri və hazır qidalar Pakistan hökuməti tərəfindən Azərbaycan hərbçilərinə və azad olunmuş ərazilərdə fəaliyyət göstərən şəxslərə göndərilib.

Gələn humanitar yardım Pakistanın səfriri Bilal Hay və hərbi attaşe tərəfindən qəbul olunaraq Azərbaycan Müdafiə Nazirliyini təmsil edən polkovnik Rüstəm Gözəlova təhvil verilib. Dominos pizza

Səfir B.Hay qeyd edib ki, Pakistan hökuməti tərəfindən göndərilən yardım iki ölkə arasında olan sıx münasibətlər və qardaşlığın bariz nümunəsidir: “Pakistan hökuməti və xalqı hər zaman Azərbaycanı dsətəkləyib və azad edilmiş ərazilərdə yenidən həyatın qurulmasında da əvvəlki kimi yardım etməyə hazırdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!